Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Saniyədə 70 kubmert su təmin edir - Suqovuşan su anbarı işə düşdü - FOTOLAR
FED.az xəbər verir ki, dövlət başçısı su anbarının ərazisinə baxıb.
Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Heydər Əliyevin təşəbbüsü ilə tikilib və 1976-cı ildə onun açılışında Heydər Əliyev şəxsən iştirak edib.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir.
Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir.Müqayisə üçün bildirək ki, Sərsəng su anbarı öz tutumuna görə, Suqovuşan su anbarından 100 dəfə böyükdür.
Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.