Qarabağda yetişdirilmək üçün Qırğızıstandan iribuynuzlu heyvanlar gətiriləcək.
Eləcə də bax: "Burada süd istehsalı üçün yüzlərlə inək və camışın saxlandığı ferma yaradılacaq"
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüffatı Nazirliyinin protokol şöbəsinin müdiri Toğrul Qafarbəyli bu gün Bakı Ekspo Mərkəzində deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Qırğız Respublikası ilə danışıqlar aparılır.
"Gətiriləcək iribuynuzlu heyvanlar "yak" cinsinə məxsusdur və məhsuldarlığı ilə seçilir. Növbəti ildən bu heyvanların ölkəmizə idxalı nəzərdə tutulub.
Pilot layihə olaraq Kəlbəcərdə, sonra isə Laçında yetişdirilməsi nəzərdə tutulur",- deyə o, qeyd edib. (Trend)