İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin potensial əkin sahəsi 160 min hektara yaxındır.
Aqrar sektorda 65,5 milyon manat məbləğində - Güzəştli Kredit Verilib
FED.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bəyan edib.
“Kosmosdan çəkilmiş şəkillərə əsasən, işğaldan azad edilmiş ərazilərdə potensial əkin sahəsi ümumilikdə 160 min hektara yaxındır”, - Məmmədov çərşənbə axşamı jurnalistlərə deyib.
O, həmçinin torpağın tərkibinin öyrənilməli lazım olduğunu qeyd edib.
O əlavə edib ki, bir neçə il əvvəl azad edilmiş ərazilərdə dəmyə əkinləri olub, lakin nəticəsi gözləntiərdən aşağı olub. (İnterfaks-Azərbaycan)