Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Eləcə də bax: “Gilan&Knauf”un nizamnamə kapitalı - 26.37 Mln. Dollar Olacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 500 000 manat, yaxud 4.78% artılmışdır.
Bununla da nizamnamə kapitalı 10 950 005 manat olmuşdur.
Şirkət haqqında
Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10.45 milyon manata çatdırılmışdır.
“Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.
İllik istehsal gücü 800 ton badam ləpəsidir.