Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Tümen vilayətində hind quşlarının çoxaldılması üçün damazlıq mərkəzinin açılışında iştirak edəcək.
Eləcə də bax: Azərbaycanda 50 milyon dollarlıq - «HİND TOYUĞU» FERMASI
FED.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı Rusiyanın Kənd təsərrüfatı naziri Dmitri Patruşev heyvandarlıq və quşçuluqdakı vəziyyət haqqında məlumat verəcək.
Damazlıq hinduşka mərkəzinin gücü ildə 12 milyon yumurta təşkil edəcək. (Marja)