Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır.
Eləcə də bax: Prezident badam emalı zavodunu işə saldı - FOTO
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azbadam” MMC-nin emal zavodunun açılışında iştirak edərkən deyib.
Dövlət başçısı bildirib:
"Badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik".