Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün Rusiya tərəfi ilə növbəti danışıqlar aparılıb.
FED.az xəbər verir ki, yanvarın 26-da Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") sədr müavini Yuliya Şvabauskenenin başçılıq etdiyi nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib.
Tərəflər Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün görülən işləri müzakirə ediblər.
Q.Təhməzli Azərbaycandan ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı Rusiya tərəfinə məlumat verib. Sədr bildirib ki, hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlər məsələnin həllinə kömək edə bilər.
Rusiya tərəfi- Y.Şvabauskene birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın davam etdirilməsini vacib sayıb.
Xatırladaq ki, Rusiya tərəfi təkibində guyu zərərverici orqanizmlərin olduğunu əsas gət irərək, əvvəl pomidor, daha sonra isə almanın idxalına qadağa tətbiq edib. Nəticədə Azərbaycanda bu məhsulların istehsalçıları böyük zərərlə üzləşiblər. Həmin məhsulların satışında problem olduğuna görə, qiyməti kəskin düşüb, bəzi hallarda isə satılmayan tonlarla həcmdə məhsullar tullantı kimi atılır.
Azərbaycan tərəfi, o cümlədən AQTA-nın xətti ilə qadağanın aradan götürülməsinə çalışır. Bunun üçün yerli pomidorların təhlükəsiz olduğu vurğuların, hətta bunu çübut etmək üçün Rusiya tərəfinin video nəzarəti altında Azərbaycanın istixanalarından nümunələr götürülərək analiz üçün Rusiyaya göndərilib.