Bakıda pomidorun qiyməti kəskin artıb. Bazarlarda ən ucuz pomidorun kiloqramı 3,5 manata satılır.
Eləcə də bax: Azərbaycanda pomidorun bahalaşması - Səbəb Bölgələrdə Bağlanan İstixanalardırmı?
FED.az xəbər verir ki, bu barədə İTV süjet hazırlayıb.
Satıcılar bildirirlər ki, ötən ilin bu vaxtı pomidorun qiyməti 1,5-2 manat arasında dəyişib.
Fermerlər isə qiymət artımını rayonlarda istixanaların çoxunun fəaliyyətini dayandırması ilə izah edirlər. Onlar bildirirlər ki, ötən il Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlər həmin təsərrüfatların bağlanması ilə nəticələnib. Nəticədə sahibkarlar böyük zərərlə üzləşiblər, çoxu pomidor əkməyib, bəziləri isə ümumiyyətlə istixanaları ləğv edib.
Hazırda isə Rusiya tərəfindən pomidorla bağlı məhdudiyyıətlər aradan qaldırıldığından bu ölkəyə ixracda hər hansı problem yaşanmır. Bu amil fermerlərə sərf etsə də, ölkədə pomidorun bahalaşmasına gətirib çıxarıb.
Həmin videomaterialı təqdim edirik: