Rusiya pomidor idxalı üçün Türkiyənin daha çox şirkətinə icazə verməyə hazır olduğu bildirilib.
"FED.az" xəbər verir ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətindən (Rosselxoznadzor) verilən yazılı açıqlamada, Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinə Rusiyaya pomidor ixrac etmək istəyən şirkətləri ehtiva edən bir siyahı təqdim etməsi təklif edildiyi qeyd edilib.
Həmin siyahıda yer alacaq şirkətləri yoxlamaq üçün, "Rosselkhoznadzor" mütəxəssislərinin Türkiyəyə səfər etməyə hazır olduğu bildirilib.
Rusiya cəmi 14 şirkətdən pomidor idxalına icazə vermişdir.