Parnik sahibərindən başqa bütün fermerlər subsidiya alacaqlar.
FED.az xəbər verir ki, bunu çıxışı zamanı Kənd Təsərrüfatının nazir müavini İlham Quliyev bildirib.
Onun sözlərinə görə, veriləcək subsudiyalar hər bir kənd təsərrüfatı məhsulu istehsalçılarına, istər hüquqi şəxs, istərsə də fiziki şəxslərin hamısına şamil olunur.
"Sahələrin istər su nasosları , istər təbii axar vasitəsi ilə suvarılmasında elə də böyük bir qiymət fərqi yoxdur. Ona görə də hamıya eyni cür subsidiyanın verilməsi nəzərdə tutulmuşdur. Bu subsudiya heç bir məbləğ artımına gətirib çıxarmayacaq. Bu əvvəlcədən hesablanmışdır. Bu ilki büdcə çərçivəsində əkin subsudiyaların nə qədər veriləcəyi və nə qədər məbləğ təşkil edəcəyi məlum idi" - deyə nazir müavini bildirib.
İlham Quliyevin sözlərinə görə, intensiv bağlara subsidiyaların verilməsi üçün ən birinci şərt onun müasir damcılama üsulu ilə təmin olunmasından ibarətdir. İkinci şərt odur ki, hər bir intensiv bağın salınmasında ağacın, tingin salınmasına görə, normativlər var və buna əməl edilməlidir.