Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.
Eləcə də bax: Azərbaycanda daha bir sahə - ƏDV-DƏN AZAD EDİLİR - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə yeni maddə əlavə olunub. Qanun layihəsi bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5. (Report)