Özbəkistanın aqrar şirkətləri Rusiya ərazisində əkinə yararlı torpaq sahələrini icarəyə götürməyə hazırlaşırlar. Artıq ortaq özbək-rus layihəsinə Rusiyanın 23 vilayəti maraq göstərir.
Eləcə də bax: Özbəkistanda 130-a yaxın Azərbaycan kapitallı müəssisə - Fəaliyyət Göstərir
FED.az-ın məlumatına görə, ilkin razılaşmaya əsasən, Özbəkistan şirkətləri Rusiyadan ümumilikdə 1 milyon hektar torpaq icarəyə götürmək niyyətindədirlər.
Artıq bununla bağlı iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında müzakirələr başlayıb. İlkin mərhələdə əlaqələrin və fəaliyyət mexanizminin qurulması üçün 35 min hektar icarəyə götürüləcək. Əldə edilən məhsul Özbəkistana aparılacaq. Sonradan sahələrin artımı gözlənilir.
Hələlik torpaqların hansı ərazidən icarə ediləcəyi dəqiq məlum deyil. Amma ilkni məlumatlara görə, icarəyə götürülən torpaqlar Cənubi Sibirdə və Uzaq Şərqdə yerləşəcək. Bəzi ekspertlər isə bildirir ki, söhbət Qazaxıstanın şimalı ilə sərhəd olan Rusiya ərazilərindən, Orenburq, Çelyabinsk və Omsk vilayətlərindən gedir.
Rusiyadan torpaq icarə etməsinin əsas səbəbləri Özbəkistanda əhalinin artımı və respublikada əkinə yararlı toripaqları azlığıdır. Ölkəin böyük hissəsində səhra var, suvarma problemi də kəskindir. Vaxtilə Özbəkistanda brendə çevrilmiş pambıq sahələri indi azalır, onun yerini taxıl tutur.
Rusiyada isə isə özbəklər meyvələrdən və tərəvəzlərdən tutmuş kartof və taxıla qədər ən müxtəlif bitkilər becərə bilərlər.
Qeyd edək ki, bir neçə il əvvəl Rusiyada çinlilər də torpaq icarə etmək istəyiblər. 2015-c ildə Çin iş adamları Rusiyadan 115 min hektar torpaq sahəsi icarə ediblər, amma gəlirli olmadığına görə icarəni dayandırmışdılar. Rusiyalı ekspertlər də torpaqları çinlilərdənsə özbəklərə icarəyə verməyin tərəfdarıdırlar. Onların fikrincə, çinlilərin icarə prosesi sonradan səssiz ekspansiya, yəni rusiya torpaqlarının tədricən çinlilər tərəfindən tutulması ilə nəticələnə bilər. Özbəkistanla isə belə problem yoxdur.