Xəbər verildiyi kimi, son günlər qarpızın qiymətində ötən il ilə müqayisə də artım baş verib. Hazırda Bakıda qarpızın qiyməti 60-80 qəpik ətrafında daəyşir.
«Bakıda dükanımı satıb, sarımsaq əkmişdim – 25 MİN ZƏRƏRDƏYƏM»
Qarpız becərməklə məşğul olan fermer Əzizxan Məmmədov bildirib ki, bu il qarpızın bahal olmasının əsas səbəbi əkin sahələrinin azalması, eləcə də hava şəraitinə görə, məhsuldarlığın aşağı düşməsidir.Belə ki, bu il yağıntıların az olması və isti olması məhsuldarlığa mənfi təsir göstərib. Bundan başqa, bu il pambıq sahələrinin artması nəticəsində qarpız sahələri azalıb.
Amma məhsul azlığının əsas səbəbi, keçən il qarpızın bol olması və qiymətin inanılmaz dərəcədə aşağı düşməsi olub. Belə ki, ötən il qarpızın kiloqrammı 7-8 qəpik olduğuna görə, onu becərən fermerlərin əksəriyyəti zərərlə üzləşib. Ötən il qaprızın ucuz olması nəticəsində təkcə Sabirabadda qarpız əkən fermerlərin 30-40%-i zərərlə üzləşib və bu il həmin şəxslərin yarısı əkin sahəsini azaldıb, yarısı isə ümumiyyətlə qarpız əkməyib və bu sahədən uzaqlaşıblar.
Müsahibimiz bildirir ki, qiymətlərin ucuzlaşması səbəbindən ötən il 8 hektar ərazidə qarpız əkən fermer 25 min manat xərc çəksə də, 6-7 min manat qazana bilib. Bu il isə əkin sahəsini azaldıb və cəmi 2 hektar qarpız əksə də, qiymətlərin artması səbəbindən elə keçənilki qədər gəlir götürüb. Hazırda sahələrdə qarpızın satış qiyməti 51-52 qəpik arasında, bazarlarda satış qiyməti isə 60-80 qəpik arasındadır.
Digər maraqlı səbəb, bu il qarpızın sahələrdən daha tez, hətta yetişməmiş yığılmasıdır. Belə ki, artıq ilin əvvəlində qarpızın bu il baha olacağı aydın olub. Nəticədə sahələrdəki məhsul 16 qəpikdən satılıb: «Ağcabədi, Bərdə və digər rayonlarda 50-60% məhsul yetişməmiş yığılıb və bu da sezonun əvvəli qiymətin daha ucuz sezon vaxtı isə daha baha olmasına gətirib çıxarıb».
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi də qarpızın baha olmasını fermerlərin işlərini düzgün planlaşdırmaması və qiymət dəyişikliklərinə görə zərərərə düşməsi ilə izah edirdi.