Kənd Təsərrüfatı nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları xüsusi təhlükəli zərərverici olan çəyirtkəkə sürüsünü ləğv edib.
Eləcə də bax: Bu rayonlarda çəyirtkə qışlaqları - QEYDƏ ALINDI
FED.az xəbər verir ki, Nazirliyin məlumatına görə, hələ iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının bəzi ərazilərində Asiya cəyirtkələri axışıb.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazini müəyyən edib. Asiya çəyirtkəsinin hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla onlara qarşı mübarizəyə mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş 5 Mitsibişi-L200 markalı avtomaşın və 2 yerüstü çiləyici cəlb edilib. Təqribən 500 hektar ərazi “Arrivo” (t.m-Sipermetrin) preparatı ilə dərmanlanıb. Bu tədbirlər tez həyata keçirildiyinə görə, cəyirtkələr ciddi ziyar vura bilməyib. Hazırda həmin ərazilərə nəzarət edilir və aşkarlanan xırda dəstələr məhv edilir.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.