Son iki ildə ölkədə qənd və şəkər tozunun istehsalında azalma tendensiyası qeydə alınmaqdadır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2017 və 2018-ci illərin yanvar-sentyabr ayları üçün açıqlanan statistikasında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Şərabımız anbarlarda qalıb? – STATİSTİKA
Keçən ilin yanvar-sentyabr aylarında ölkədə 178,5 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 46,2 faiz azdır. Anbarlarda isə həmin dövr üçün 46,6 min ton məhsul olub.
Bu ilin 9 ayında 132,9 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 25,6 faiz azdır. Oktyabrın 1-ə anbarda qalan məhsul cəmi 500 tondur.
Beləliklə, anbarlarda keçən ildən qalan məhsul satılıb, bu il oktyabrın 1-ə istehsal olunan məhsulunsa yalnız 0,3 faizi anbarlardadır.
Emal üçün təhvil verilən şəkər çuğundurunun həcmində də bu il azalma qeydə alınıb. Əgər 2017-ci ilin yanvar-sentyabr aylarında emal üçün 173 min 384 ton şəkər çuğunduru təhvil verilərək 2016-cı illə müqayisədə 2,9 dəfə artım əldə olunmuşdusa, bu ilin anoloji dövründə bu sahədə 3,3 faiz azalma var. 2018-ci ilin 9 ayında 167 min 723 ton şəkər çuğunduru emal üçün təhvil verilib.
Ölkədə qənd istehsalında böhran var? - ANBARLAR BOŞALIR
19:29
30 Okt 2018