“PASHA Holding” MMC-nin törəməsi – şəkər və taxıl sahələrinə sahib olan aqrar şirkət “Azərşəkər” MMC-nin 2021- ildə dördüncü dəfə nizamnamə kapitalı artırılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, aqrar şirkətin nizamnamə kapitalı 2 250 000 manat, 5% artırılmışdır.
Eləcə də bax: “PASHA Holding”in böyük hotel şirkətinin nizamnamə kapitalı - Artırıldı
Bununla da şirkətin kapitalının həcmi 46 200 000 manata qədər artırılıb.
İlin əvvəlindən şirkətə 13.5 mln. manat maya qoyulub
Qeyd edək ki, şirkətdə kapital artımı sonuncu dəfə avqusta həyata keçmişdi. Cari ilin yanvarında bu şirkətin nizamnamə kapitalı 900 000 manat (2.75%) artırılmaqla 33 600 000 manata, martında isə 8 550 000 manat (25.4%) artırılmaqla 42 150 000 manata, 1 800 000 manat (4.27%) 43 950 000 milyon manata çatdırılmışdır.
Bu da ümumilikdə nizamnamə kapitalın ilin əvvəlindən 13 500 000 manat (41%) artırılmışdır.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.