Tərəvəzçilik İnstitutunun bazasında tərəvəz toxumu ilə bağlı şəhərcik salınır.
FED.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
O bildirib ki, ölkədə bütün növ toxumlara tələbat var. Respublika ən çox taxılçılıq sahəsində bitki sortlarını ilə özünü təmin edə bilir. Bu təqribən 60 faiz təşkil edir: “Tərəvəzçilik İnstitutunun bazasında 6 hektar örtülü, 30 hektar isə açıq sahədə böyük bir şəhərcik salınır, bunun da nəticəsində ölkədə tərəvəz toxumuna olan tələbatın 100 faiz ödənilməsi nəzərdə tutulur”.
İ.Quliyevin sözlərinə görə, kartof toxumu ilə bağlı tədbirlər də həyata keçirilir. Ölkəmizi xəstəliyə davamlı kartof toxumu ilə təmin etmək üçün həmin institutun bazasında böyük kartofçuluq üzrə toxumçuluq təsərrüfatı yaradılır. Əsas məqsəd respublikanın toxuma olan tələbatını daxili imkanlar hesabına ödəməkdir.