Oğuz rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 820 tonadək məhsul tədarük olunub.
FED.az xəbər verir ki, bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Eləcə də bax: Azərbaycan dünyada - 2-Cİ FINDIQ İSTEHSALÇISI OLA BİLƏR
O bildirib ki, hazırda rayonda 3695,5 hektar fındıq bağı var. Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə payız aylarında daha 300 hektarda yeni fındıq bağının salınması nəzərdə tutulur. Beləliklə, son illər Oğuz rayonunda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2 min hektara çatdırılacaq.
Azərtac