Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlayıb.
Bu barədə FED.az -a Aqrolizinq dən bildirilib.
Eləcə də bax: Lənkəranda sitrus bağçılıq təsərrüfatları yaradılır
Məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər.
Mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və
Oğuz rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində, fevralın 23-də isə Oğuzun Xaçmaz kəndində həyata keçirilib. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Məişət Evinin qarşısında həyata keçirilən satış axşam saatlarınadək davam edib. Səyyar satış zamanı ümumilikdə 131 müraciət qeydə alınıb, 124 nəfər Xaçmaz və ətraf kəndlərin sakinlərinə 62,5 ton azot gübrəsinin satışı həyata keçirilib.
Oğuzda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib
16:34
25 Fev 2019