Cari ilin 4 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda Aqrar Biznes Festivalı çərçivəsində aqrar sektorun inkişafına töhfə verən maliyyə alətlərinin müzakirəsinə həsr olunacaq “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
FED.az xəbər verir ki, Aqrar İnnovasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, panel müzakirədə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Festival çərçivəsində baş tutacaq panel müzakirədə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.
Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.