Banner

Aqrar

Neçə qoyun saxlamaq sərfəlidir? - AĞILLI SƏRMAYƏ

Neçə qoyun saxlamaq sərfəlidir? - AĞILLI SƏRMAYƏ | FED.az
10:47 18 Noy 2018

FED.az xəbər verir ki, qoyunçuluq aqro biznes ideyalar arasında ən yaxşılardan bir hesab edilir.

Bərəkətli heyvandır, əhali çox istehlak edir, ət, yun, süd, peyini də istifadəyə yararlıdır. Hətta "Agroexpert" saytı iddia edir ki, dünyada ən dadlı qoyun cinsləri bizdədir.
Bunu exportla məşğul olan tərəfdaşlarımız təsdiq edir. 
Eləcə də bax: Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU

Hər nə qədər qoyunun bərəkəti haqqında rəvayətlər gəzsə də qoyunçuluqla məşğul olma istəyənlər müəyyən qaydaları və hesabları bilməlidir.
Məsələn, hansı qoyun cinsini seçməli, ətlik yoxsa damazlıq saxlamalı, otlaq yeri nə qədər olmalı, optimal qazanc üçün neçə qoyun saxlamalıyam?
Gəlin bu suallara bərabər cavab axtaraq. Çünki bu sualların bəzisi çətin suallardır, müzakirə edib ən optimal rəqəm çıxarmalıyıq.

Qoyun biznesi quracaqsınızsa iki çətinliyiniz olacaq: Otlaq sahəsi və çoban.
Eləcə də bax: Göz qabağında olsa da indiyədək görmədiyiniz biznes: PORTAĞAL QABIĞI

Azərbaycanda otlaq sahələri getdikcə azalır təəssüf ki, və bugün yerli fermerlərin ən böyük problemi elə budur.
Otlaq sahələri ya əkinə verilir, ya da yararsız hala düşür.
Çoban tapmaq da qəlizləşib. Qoyuna baxmaq asan iş deyil aydındır, amma modern insanlar da rahata daha düşkünləşib.

Çobana çox maaş vermək olmur, maaş az olanda isə sürüdə “itki” çoxalır. Həm də qoyun xəstəliklərindən başı çıxan çoban tapmaq olmur.

Qalan məsələlər həll olandır. Satış asandır, alıcı qapıya gəlir. Tövlə və saxlama üçün tələblər ağır deyil.
Qoyun çox mübarək heyvandır, adamı incitmir.

Bir başqa aldadıcı məqamı qeyd edim.
Bizim yerli qoyunları sağmaq asan proses deyil. Çünki verimi azdır (300 qram) və pendirində spesik iy olur (amma çox dadlıdır və bahadır).
Ona görə 1000 baş qoyunu olan fermerlərin həftəlik normal pendir istehsalı da olmur. Qoyunları qırxmaq çətin deyil, özünüz də edə bilərsiniz. Yun yaxşı satılmır, elə dəri də.

Xəstəliklərdən qorumaq üçün savadlı baytar konsultasiyasına ehtiyac var.

Neçə qoyun saxlamaq lazımdır?
Gəlin 1000 qoyun üçün hesablayaq, rəqəmlər ortalama götürülüb, xəta varsa şərhdə bildirin.

Hesablama qaydası 1:
1 ha otlaqda 100 sentner ot bitir.
Bir qoyun sutka ərzində 10 kq ot yeyir.
Deməli 1 ha-da bir gündə 1000 qoyun otlaya bilər.
1000 qoyun üçün 50 ha otlaq bəs edir.
1 qoyun gündə 150-250 qram artım verir.
1000 qoyun gündə 150-250 kq artım verir.
1000 qoyun gündə 750-1250Azn gəlir verir.
1000 qoyun yarım ildə 130 000-225 000Azn gəlir verir.

Hesablama qaydası 2:
Adətən belə də hesab aparılır.
1000 qoyundan 1200-1300 bala alıb 6 ay böyütsək, 180 000-260 000Azn gəlir əldə edirik (satış qiyməti 150 Azn-dən)
Təbii ki, bu rəqəmlər qoyun cinsinə, iqlimə, xəstəliyə görə dəyişir.
Bu gəlirdən çoban, baytar, ferma, torpaq kirayə xərclərini çıxsaq, təmiz qazancı əldə eləmiş olarıq.
Burda bəzi nüanslar nəzərə alınmalıdır.
1000 qoyuna 3-5 çoban lazımıdr, at lazımdır, it lazımdır.
Saymaq üçün innovativ bir şey kirləşməlisiniz. Bu hesabla cari xərcləri 6 ay üçün 20 000Azn götürək.

Deməli 1000 qoyunun 6 ayda təmiz qazancı 100 000- 230 000Azn arası olacaq.

Olacaq yazdım, çünki olmalıdır.
Həyat və risk məsələsi sirlər dünyasına aid olduğu üçün 1000 başlıq qoyun sürüsü ilə iflas olmaq da mümkündür, bəy olmaq da.
Amma bir şey dəqiqdir, qoyunçuluqda pul qazanmaq üçün sürü sayını böyük tutmaq şərtdir. Başlayarkən az sayda başlamaq olar, amma sürünü bir müddət sonra minimum 300 baş eləmək lazımdır.
Qışda qoyunları əvvəlcədən tədarük edilmiş otla yemləyirlər. Bu zaman bir dişiyə sutkada ən azı 2 kq ot hesablanır. Qoyunlara otla yanaşı arpa da verilir.
Qoyunçuluğun kiçik biznes forması da mövcuddur. Bu zaman daha verimli qoyun cinsi (qala, abşeron) saxlayırlar. Yuxarıda hesablar yerli qoyunlar üçündür.
Bizim tövsiyyəmiz qaradolaq və qarabağ cinslərini yaxşı seleksiya eləməkdir . 

Eləcə də bax: Dünyanın ən gəlirli bitkisi: Lavanda – AĞILLI SƏRMAYƏ

Mənbə: agroexpert.az

Digər xəbərlər

Banner