Pambıqyığan kombaynların alınması üçün də müqavilə bağlanılıb və 100 ədəd kombayn gətiriləcək.
FED.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirliyin geniş kollegiya iclasındakı çıxışında deyib. O bildirib ki, keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib:
“Gəncə Avtomobil Zavodu ilə də əməkdaşlıq həyata keçirilir. Artıq 1000-dən çox traktorun alınması ilə bağlı zavodla müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi isə on gün ərzində təmin olunmalıdır. Beləliklə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş başlanmalıdır.”
Nazirlik texnikanı Gəncə Avtomobil Zavodundan alacaq
13:09
19 Fev 2018