“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
Eləcə də bax: “Aqrolizinq”də ciddi nöqsanlara yol verilib - MALİYYƏ NAZİRLİYİ MƏLUMAT YAYDI
Bu açıqlamanı fed.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.
O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC” 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.