Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemli şəkildə icra edirik. 2023-cü ildə 387 min 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 min 704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib.
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Məhz bu siyasi iradə sayəsində aqrar sahəyə göstərilən diqqət bu gün real nəticələr, artan fermer məmnuniyyəti və dayanıqlı inkişafla öz təsdiqini tapır”,- deyə nazir qeyd edib. (Azərtac)