Azərbaycanda aqrar sığorta mexanizminn tətbiqi uğurla davam etdirilir.
FED.az xəbər verir ki, bu barədə aprelin 23-də Milli Məclisin aqrar siyasət və kənd təsərrüfatı komitəsinin iclasında Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin yekunlarına əsasən ölkədə aqrar sığorta mexanizmi vasitəsilə sığrtalanmış əkiin sahələri 446 min hektara çatıb. Eləcə də ötən il zərərlə üzləşən fermer və təsərrüfatlara 6,4 milyon manat ödəniş edilib.