Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun prioritet istiqamət kimi intensiv inkişaf yolunda olsa da, bunun üçün lazım olan su ehtiyatları da intensiv şəkildə azalmaqdadır.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
"Aqrar sahə ümumi su istehlakında 70-80 % paya malik olmaqla ölkədə ən böyük istehsalat sahəsidir. Ölkə üzrə suvarılan 1,5 milyon hektar sahənin 90 %-nin su təminatı yerüstü mənbələr hesabına ödənilir, təxminən 180 min hektar sahənin suvarılmasında isə yeraltı mənbələrdən istifadə olunur. Eyni zamanda ixracyönümlü kənd təsərrüfatı məhsullarının 90 %-dən çoxu məhz suvarılan torpaqların payına düşür. Bu rəqəmlər kənd təsərrüfatının sudan asılılığını əyani şəkildə göstərir", - deyə o qeyd edib. (Report)