Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsi çərçivəsində fermer təsərrüfatlarının inkişafına böyük diqqət göstərilməlidir.
FED.az xəbər verir ki. bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Eləcə də bax: İnam Kərimov: Gələn ildən subsidiyalar - ELEKTRON FORMADA VERİLƏCƏK - VİDEO
Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin edilməsi mühüm bir məsələdir, lakin fermerliyin inkişafı olmadan bunu əldə etmək mümkün deyil. Buna görə də ayrı-ayrı fermerlərin və fermer təsərrüfatlarının inkişafına qayğı daha da artırılmalıdır. Fermerlər üçün lazımi şərait yaradılmalıdır ki, onlar keyfiyyətli məhsulun istehsalında maraqlı olsunlar: "Bunları əldə etmədən biz qida təhlükəsizliyini təmin edə bilmərik".