Naxçıvanda qızılgül əkini sahələri genişləndiriləcək, gülab və gül yağı istehsalı dəstəklənəcək.
Eləcə də bax: Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı - Təsdiqlənib
FED.az xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.
Bu, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri tərəfindən icra ediləcək.
Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq
Dövlət Proqramına əsasən Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, həmçinin qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulur.
Sözügedən işləri Naxçıvan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi icra edəcək.
Xatırladaq ki, proqram çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur. (Report)