Babək rayonunun Kültəpə kəndində muxtar respublikada ilk dəfə göycə istixanasının yaradılması nəzərdə tutulur.
Biləsuvarda qarğıdalı sahələri - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə kənd sakini, təcrübəli təsərrüfatçı Vasif Cəfərov məlumat verib.
O qeyd edib ki, Naxçıvanın brendi sayılan göycənin alıcılıq qabiliyyətini nəzərə alaraq bu il payız aylarında muxtar respublikada bir ilkə imza atmaq niyyətindədir.
Təsərrüfatçı 5 hektara yaxın meyvə bağının 3-4 sotunda göycə istixanası yaradacaq. İstixana 35 ağacı əhatə edəcək. Sentyabr-oktyabr aylarında işə başladığı təqdirdə, artıq mart-aprel aylarında ağaclarının bar verəcəyini deyir. Zəhmətkeş insan iki il bundan əvvəl bir ağacın üzərində təcrübə aparıb və nəticəsi müsbət olub. O, bu yolla yaxşı gəlir əldə edəcəyinə inanır. (Azərtac)