Naxçıvan Muxtar Respublikasında 2021-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 505 min manat məbləğində kredit verilib.
Eləcə də bax: Azərbaycanda ötən il 7 min tona yaxın bal - İSTEHSAL OLUNUB
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricidən 4,6% (və ya 23 min manat), 2019-cu ilin göstəricisindən isə 16,8% (və ya 102 min manat) azdır.
Qeyd edək ki, ümumilikdə, son beş ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 2 mln. manatdan çox kredit verilib.
Ötən il ərzində muxtar respublikada 15 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.
1 yanvar 2022-ci il tarixə muxtar respublikada 100 086 arı ailəsi mövcud olub ki, bu da 2021-ci əvvəlinə olan göstərici ilə müqayisədə 0,15% çoxdur.
Ötən il muxtar respublikada 1506 ton bal istehsal olunub. İstehsal həcmi bir il öncəki göstəricini 1,4% və ya 21 ton üstələyir. (Apa)