Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə yeni kadrlar təyin edilib.
Naxçıvanda bu təsərrüfat sahiblərinə - SUBSİDİYA VERİLMƏYƏCƏK
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova yeni təyin olunan kadrları kollektivə təqdim edib.
Belə ki, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə Məhəmməd Zeynalov, yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun müdiri vəzifəsinə isə Ləman Əlizadə təyin olunublar. Hər iki əməkdaşın bundan öncəki iş yerləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi olub.
Bununla yanaşı, Xəyyam Əsgərov, Vüsal Əsgərov, Tofiq Cəfərov, Rübabə Hüseynzadə, Abbas Əlizadə, Mədinə Rəhimli, Aynur Novruzlu, Xəyal Bağırov, Yavuz Hacıyev və Hüseyn Məmmədov da Kənd Təsərrüfatı Nazirliyində müəyyən vəzifələrə təyin ediliblər.