Məhsul bol olsa da, xırdalığına görə aşağı qiymətə təklif olunur.
Qiyməti 60 qəpikdən 8 manata kimi dəyişir - NAR YIĞIMI BAŞLANDI
FED.az xəbər verir ki, bir neçə gündür ki, Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb. Qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib. İlk yığımda 1 manat -1,50 manata satılan məhsul indi 0,30-0,70 qəpiyə təklif olunsa da, alıcı yoxdur.
Hazırda bağlarda naringinin tez yetişən sortu olan "karli" yığılır. Fermerlər deyir ki, problemlərdən biri də məhsulu xarici bazarlara çıxartmaqdır.
Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin sədri Etibar Abbasov bildirdi ki, vətəndaşların fərdi yaşayış sahələrində yetişdirdikləri sitrus meyvələrinin daxili və xarici bazarlara çıxarıb satışını təşkil etmək onların səlahiyyətində deyil.
Fermerlər özləri bazarı axtarıb tapır və yetişdirdiyi məhsulu istədiyi yerdə və istədiyi qiymətə sata bilir.












