Aqrar

Nar və xurma əkənlər - PUL QAZANIRLAR

Nar və xurma əkənlər - PUL QAZANIRLAR | FED.az
08:23 5 Fev 2019

Göyçay rayonunda hazırda 6040 hektar meyvə bağı var. Bunun 3740 hektarı nar, 1470 hektarı xurma, qalanı isə heyva, alça, armud, gavalı və digər meyvə bağlarıdır.
 

FED.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda meyvə bağlarına üzvi və mineral gübrələr verilərək ağacların dibi bellənir, budama işləri görülərək pestisidlərlə dərmanlama aparılır. Bu işlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bağlara qulluq işləri hər yerdə, xüsusilə daha çox nar bağları olan Bığır, Alxasava, Qarabaqqal, Mirzəhüseynli, geniş xurma bağları olan Cəyirli, Potu, Çayarxı, Qızılağac və digər ərazi vahidlərində daha mütəşəkkil və keyfiyyətlə görülür.
 

Eləcə də bax: Bu il Azərbaycan xaricə 114 mln. dollarlıq xurma satıb

 

Qeyd edək ki, bağçılıq təsərrüfatı Göyçay sakinlərinin əsas məşğuliyyət sahələrindəndir. 2018-ci ildə rayonda 35 min ton nar, 25,5 min ton xurma istehsal olunub. Son illər istehsal edilən məhsulların, xüsusilə nar və xurmanın xeyli hissəsi xarici bazarlara ixrac edilir. Keçən mövsümdəki xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi Rusiya, Ukrayna və digər ölkələrə göndərilib. Göyçay narına ölkəmizdə də tələbat az deyil.

Digər xəbərlər