Azərbaycanda giləmeyvəçiliyin inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənir, giləmeyvə istehsalı subsidiyalaşdırılır.
Azərbaycandan xaricə kiloqramı - 1,5 DOLLARA SATILIR - HƏR TONA 210 MANAT SUBSİDİYA
FED.az xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində də ölkəmizdə giləmeyvə yetişdiriciliyinə dəstək məqsədilə subsidiyalar veriləcək.
Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarınaa görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək.
İntensiv giləmeyvə bağlarının salınmasının dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.