Qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçəcəklər.
FED.az "Marja"ya istinadən xəbər verir ki, prosesə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcəkdir.
Həmçinin Agentliyə, qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan, çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək vəzifəsi də verilib.