Fevral ayının sonundakı şaxtalardan sonra bir neçə gün ərzində havanın temperaturu 25-30 dərəcəyədək yüksəldi. Təbii olaraq bu ərəfədə ağaclar tumurcuqlamağa başladı, bəzi ağaclar isə çiçək açdı. Lakin ardınca havanın hərarəti yenidən sıfır dərəcəyədək endi.
Sərt qış fermerləri çətin vəziyyətdə qoyub: 5 min manatlıq ziyan dəyib - VİDEO
FED.az xəbər verir ki, havaların bu qədər soyuması bitkilərə, məhsuldarlığa ciddi təsir göstərib.
"Hava belə olduğuna görə çiçəklər yandı. Təxminən 70 faiz şaftalı və ərik ağacından məhsul gözləmirik. Çiçək töküləndən sonra ağac yenidən yarpaqlamağa başlayır. Amma məhsulu olmur", − deyə bağ sahibi İsa Abakarov söyləyib.
Bağ sahibləri deyirlər ki, məhsuldarlığın az olması səbəbindən meyvələrin qiymətinin bahalaşması müşahidə ediləcək.