“Heç bir vergi güzəştinin ləğvi nəzərdə tutulmur”.
FED.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.
“Lakin güzşətin düzgün uçotunun aparılması diqqət mərkəzimizdə olacaqdır. Güzəştin verilməsi o demək deyil ki, uçot ləğv edilir. Hər bir dövriyyənin düzgün uçotu olmamalıdır. Güzəşt alan subyektlərin uçot aparmaması, güzəşt nəzərdə tutulmayan şəxslərin vergidən yayınmaları üçün şərait yaradılır. Bu, qəbulolunmazdır. Məsələn, kənd təsərrüfatı istehsalçısına verilən güzəşt (bu sahə torpaq vergisindən başqa bütün vergilərdən azad edilib) var. Bu güzəşt kənd təsərrüfatının dəstəklənməsi üçün verilib. Amma kənd təsərrüfatı istehsalçısı məhsullarını dükana və ya mağazalar şəbəkəsinə sənəd ilə satmadığı təqdirdə, həmin məhsulu son istehlakçıya satan mağazdan ədalətli vergini almaq çətinləşir. Belə nümunələrin sayı çoxdur”,- nazir deyib.