İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir deyə məlumatda qeyd olunur.
Həmçinin o da vürğulanıb ki, bu cür hallara əvvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normalllaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü.