Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər.
Digər sərəncamla indiyədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışan Sarvan Cəfərov bu postdan azad olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. (Modern.az)












