Mart ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi “Viaduk” müvəqqəti saxlanc anbarına Azərbaycandan 116 ton bitkiçilik məhsullarının Rusiyaya idxalına qadağa qoyub.
Eləcə də bax: Azərbaycandan göndərilən 432 tondan çox pomidor Rusiyaya - BURAXILMAYIB
FED.az xəbər verir ki, “2022-ci ilin mart ayında "Rosselxoznadzor"un Qafqaz Regionlararası İdarəsi 42,520 ton təzə meyvə və tərəvəzə nəzarət tədbirləri keçirib. Azərbaycan və İrandan 30,810 min tondan çox tərəvəz (pomidor, kartof, xiyar, kahı, göyərti, kələm və s.) və 11,710 ton meyvə (alma, kivi, portagal, naringi və s.) daxil olub”, - İdarənin məlumatında deyilir.
Ümumilikdə, karantin fitosanitar nəzarəti zamanı zərərli obyektlərə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Azərbaycandan Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.Qadağan edilən məhsullar arasında Azərbaycandan daxil olan pomidor (116 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 116,1 tondan artıq təşkil edib.
Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin (Tuta absoluta Povolny) aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub.
“Bitkilərin karantini haqqında” federal qanunun pozulmasına görə yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Yüklər ixracatçı ölkələrə qaytarılıb. (İnterfaks-Azərbaycan)