“Ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib.”
FED.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirliyin geniş kollegiya iclasındakı çıxışında deyib. O bildirib ki, Azərbaycanda istehsal olunan məhsullar keyfiyyətinə görə idxal olunanlardan üstündür. Odur ki, sitrus bağlarının sahəsi xeyli artırılmalı, lazımi texnikalar gətirilməlidir.
Heyvandarlıq sahəsində görülən işlərdən də danışan nazir deyib ki, bu il 10 min baş damazlıq heyvanın alınması da nəzərdə tutulur:
“Bu zərurət nədən irəli gəlir? Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar.”