Azərbaycanda bu il likör istehsalı artsa da, bu məhsulun satışı ilə bağlı problemlər hələ qalmaqdadır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2017 və 2018-ci illərin yanvar-sentyabr ayları üçün açıqlanan statistikasından aydın görünür.
ELƏCƏ DƏ BAX: Şərabımız anbarlarda qalıb? – STATİSTİKA
Beləliklə, 2017-ci ilin 9 ayında ölkədə 67,3 min dekalitr likör istehsal olunub. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 35,7 faiz azdır. Amma 2017-ci il oktyabrın 1-ə anbarlarda 74,7 min dekalitr, yəni istehsal olunan likördən 7,4 min dekalitr çox məhsul qalıb.
Bu ilin yanvar-sentyabr aylarında 81,3 min dekalitr, yəni keçən ilin anoloji dövrü ilə müqayisədə 20,8 faiz çox məhsul istehsal edilib. Anbarlarda isə 49,9 min dekalitr likör qalıb. Bu da bu il istehsal edilən məhsulun 61 faizindən çoxdur.
Keçən illə bu ilin 9 ayında anbarlarda qalan məhsulun müqayisəsi də maraqlı faktları ortaya çıxarır.
Bu il anbarlarda qalan məhsul istehsal olunandan 39 faizə qədər azdır. Keçən ilin yanvar-sentyabr aylarında isə istehsal olunan məhsuldan 11-ə qədər çox məhsul anbarlarda qalıb.
Keçən illə müqayisədə istehsalda artım, anbarlarda qalan məhsulda azalmanın qeydə alınması bu il likör satışında irəliləyiş əldə edildyini, ancaq bir sıra problemlərin də hələ qaldığından xəbər verir.
Likörümüz anbarlarda qalıb? –STATİSTİKA
20:36
30 Okt 2018