Lənkəranda "Beta" şirkətinin icarəsinə verilən ərazidə monitorinqlərin aparılması məqsədilə işlər hələlik dayandırılıb. Hazırda ərazi təftiş olunur. Ola bilər ki, yerli əməkdaşlarımızın məsuliyyətsizliyinə görə orada bir neçə ağac kəsilsin. Bununla bağlı hazırda araşdırma aparılır.
Eləcə də bax: Meşələri qıran deputat atası -65 MİN MANAT CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, Azərbaycan çayı dünyada brenddir: "Azərbaycanda çay yalnız cənub bölgəsində yetişdirilir. Çayın məskəni Lənkəran olduğundan burada da bölgəyə uyğun çay bağının salınması prioritetdir, çay plantasiyasının salınması çox önəmlidir. Ona görə də Lənkərandakı meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı üçün qanunauyğun şəkildə icarəyə verilib. Sahibkara da hər bir ağacın prioritet olduğu bildirilib”.
Nazir müavini onu da qeyd edib ki, sözügedən ərazidə əvvəllər yerli camaatın qanunsuz tikdiyi tövlələr olub və mal-qara otarılıb: "Tərəfimizdən tövlələr sökülüb və mal-qara ərazidən çıxarılıb. Bilirsiniz ki, meşəyə ən böyük zərəri mal-qaranın otarılması vurur.
Aqrobağların salındığı geniş ərazidə bəzən qurumuş və ya inkişafdan qalmış iki-üç ağac götürülə və kol-kos çıxarıla bilər. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənib. Aqrobağın yaradılması, eyni zamanda çayçılığın inkişafında, mikroiqlimin formalaşmasında önəmli rol oynayır. Digər tərəfdən isə çay bitkisi mövsümi bitki olmadığı üçün bütün il boyu ona xidmət göstərilməsini tələb edir, çox sayda insanın iş yeri ilə təmin olunmasına şərait yaradır. Bu da 60-70 illik gəlir və iş yeri deməkdir". (Trend)