“GEOTERMAL AGRO” MMC Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində termal sularla isidilən müasir istixana təsərrüfatı qurur.
FED.az xəbər verir ki, yer altından çıxan isti sularla qızdırılacaq istixana 2,5 hektar ərazini əhatə edir. Burada ildə orta hesabla 100-120 ton pomidor və xiyar məhsulları istehsal olunacaq.
Qeyd edək ki, hazırda rayonda 8 hektarda istixana təsərrüfatı fəaliyyət göstərir. Təkcə bu ilin birinci yarısında bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilib. Yetişdirilən məhsulların 210 tondan çoxu xarici bazarlara ixrac olunub.
Eləcə də bax: Kürdəmirə pul axacaq - 3 BÖYÜK OBYEKT TİKİLİR