Ölkəmizdə qabaqcıl texnologiya və təcrübəyə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksəkkeyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu yaradılması ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik aqroparklar və iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı Kürdəmirdə 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır.
Eləcə də bax: İlham Əliyevin iştirak etdiyi konfransda - BÜTÜN ÇIXIŞLAR
FED.az xəbər verir ki, bunu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Rayonda heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılır. Ceyhun Cəfərovun sözlərinə görə, Kürdəmir süd emalı zavodunun fəaliyyəti genişləndirilib, yeni istehsal sahələri yaradılıb və zavodda 80 çeşiddən çox məhsul istehsal edilir. Bununla yanaşı, kompleksdə heyvanların sayı 3000 başa, aylıq süd istehsalı 1100 tona çatdırılıb.