Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi Kür çayının Salyan rayonundan keçən hissəsində bioloji müxtəlifliyin qorunması, balıq ehtiyatlarının artırılması və çay ekosisteminin bərpası məqsədilə çəkikimi balıqların çaya buraxılışını həyata keçirib.
Balıqçılıq və Akvakultura Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılıb - FƏRMAN
FED.az biznes və maliyyə xəbərləri portalı nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.
Mərkəz daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərini davam etdirməyi nəzərdə tutur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.











