Azərbaycanda xam pambığın hər tonuna görə alış qiymətinin 50 manat qaldırılması fermerlərin 30 milyon manat əlavə gəlir əldə etməsinə imkan verəcək.
Eləcə də bax: Azərbaycan ixrac etdiyi pambıq - 57% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, cari ilin avqust ayında Azərbaycanda xam pambığın alış qiyməti artırılıb.
Belə ki, xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat təşkil edəcək.
2022-ci ildə xam pambığın alış qiyməti ikinci dəfə artırlır. Belə ki, cari ilin yanvar ayında xam pambığın alış qiymətinin 50 manat artırılmasına dair qərar qəbul olunub. Beləliklə, 2022-ci ildə Azərbaycanda xam pambığın alış qiymətinin ümumulikdə 100 manat artırılıb.
“Bundan əlavə, fermerlər təhvil verdikləri xam pambığın hər tonuna görə 170 manat məbləğində subsidiyanın alınmasına ümid edə bilərlər”, - nazirlikdən bildiriblər.
KTN-nın məlumatına görə, cari il 100 min hekrat ərazidə pambiq əkilib. Sentybarda məhsul yığımına başlanılır. (İnterfaks-Azərbaycan)