Un, düyü və ya şəkər tozu kisələrini istənilən münasib yerdə (əsas şərt kifayət qədər gün işığı olan) yerləşdirin. Kisənin kənralarını qatlayaraq hər kisəyə 2-3 vedrə torpaq qarışığı tökün (humus və ya adi torpaq). Daha sonra əkiləcək kartoarı torpağa yerləşdirin və üzərini torpaq qatı ilə doldurun. Bu prosedurdan sonra kisəni gün işığı dəyən hissəyə qoymaq lazımdır ki, humus gündən-günə qızsın.
Kartof cücərdikcə kisənin qatını açın, günaşırı suvararaq və təbii gübrə verərək işıqlı yerdə yetişdirin. Artıq 2 aydan sonra yumruq boyda təzə kartoarı yığaraq istifadə edə bilərsiniz
Qeyd:
-Kisələr və ya çəlləklər istənilən münasib yerdə (əsas şərt kifayət qədər günəş işığı olan ) yerləşdirmək lazımdır.
-Kartofu qazmaq lazım deyil!
-Kisələrdə humus yaxşı qızmalıdır ki, yaxşı məhsul versin.
-Kartofu alaqdan təmizləmək və qazmaq lazım deyil!
-Kisələrdə su qalmır. Bu çürümə prosesisinin qarşısını alır.


©agroexpert.az