Şərurlu torpaq mülkiyyətçiləri qarğıdalı əkini apardıqları 900 hektara yaxın sahədə biçinə başlayıblar.
FED.az xəbər verir ki, Qısa müddətdə 40 hektarda biçin aparılıb və hər hektardan 98 sentner məhsul götürülüb.
Rayonun Axaməd, Yengicə, Zeyvə, Düdəngə, Oğlanqala, Kürçülü və digər kəndlərində daha çox qarğıdalı əkilib. Əkinlərə düzgün aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalının hər kiloqramı 30 qəpikdən qəbul olunur.