Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovunun FED.az-a verdiyi məlumata görə, bu vəzifəyə Bayandur Rzayev gətirilib.
O, bundan əvvəl 6 ildən artıq müddətdə Gəncə şəhər Baytaqlıq İdarəsinin rəisi olub və yeni vəzifəsində Azər Süleymanovu əvəz edib.